Xəbər lenti

 

Ölkəmizdə balıqçılıq üçün nəzərdə tutulan bəzi ov alətlərinin istifadəsi qadağan edilsə də, yenə də istifadə olunurdu. Artıq bu ov alətləri mülki dövriyyədən çıxarılmış əşyalar siyahısına daxil edilərək ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Balıqların kütləvi məhvinə səbəb olan elektriklə işləyən generatorlar və kiçik ilgəkli balıqtutan torlar ölkəyə gətirilməyəcək.

Azərbaycana bəzi ov alətlərinin gətirilməsinə qadağa qoyula bilər. Söhbət kütləvi balıq ovu üçün nəzərdə tutulan alətlərdən gedir.

"Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, kiçik ilgəkli balıqtutan torlar və balığı elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazların Azərbaycana gətirilməsinə qadağa qoyulur. Adı çəkilən ov alətləri balıqların kökünü kəsməklə yanaşı, suda yaşayan digər canlıların da məhvinə səbəb olurdu.

Elektrik cərəyanı vasitəsilə balıq ovu təbii ehtiyatlarla yanaşı, insan sağlamlığı üçün də təhlükəlidir. Kiçik ilgəkli balıqtutan torlar isə sudakı balıqlarla yanaşı, digər heyvanların da məhvinə səbəb olur.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Sözügedən qanun layihəsinin qəbulundan sonra bu cür qanunsuz ov edənlərin sayının azalacağı gözlənilir. Qeyd edək ki, elektrikvurma üsulu və kiçik ilgəkli torlarla ov edənlərin cəriməsi 2 min manatdan başlayır.\\xezerxeber




Ana səhifəyə qayıt        Baxış: 1 035          Tarix: 24-10-2017, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma