Xəbər lenti

 Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Suraxanı qəsəbəsində "Opel" və "Nissan" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Zöhrabova Tahirə Vidadi qızı aldığı xəsarətlərdən vəfat edib. Hər iki sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın səsəbi araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 29-10-2017, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma