Xəbər lenti

 

Xaçmaz rayonunda qətl baş verib.

1964-cü il təvəllüdlü rayon sakini Bəxtiyar Çobanov yaşadığı evdə 1968-ci il təvəllüdlü tanışı Hikmət Babayevi bıçaqlayaraq öldürüb.

Hikmət oktyabrın 29-da Bəxtiyarın Xudat şəhərində yerləşən evinə qonaq gəlib. Evdə içki məclisi qurulub. Sərxoş olandan sonra tanışların sözü çəpləşib. Hikmət Bəxtiyarın ünvanına nalayiq ifadələr işlədib. Əsəbiləşən Bəxtiyar bıçağa əl atıb.

Hadisəni törədən Bəxtiyar Çobanov həbs edilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.\\publika.az




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 30-10-2017, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma