Qazaxıstanın Kurık limanından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus Ro-RO tipli "Bəstəkar Qara Qarayev" gəmisi ilə ilk dəfə minik və yük avtomobilləri yola salınıb.
Ovqat.com xəbər verir ki, QSC-dən Trend-ə verilən məlumata görə, RO-RO tipli gəmi göyərtəsinə 27 TIR, 1 minik avtomobili və 30 sərnişin qəbul edib. Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına sabah çatacaq.
Uzunluğu 125.25, eni 16.22 metr olan Gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus "Bəstəkar Qara Qarayev" gəmisinin yükgötürmə qabiliyyəti 3463 tondur.
Qeyd edək ki, bundan əvvəl Kurık limanından yalnız vaqonların yüklənməsi mümkün idi. Ro-Ro tipli gəmilər üçün yeni yanalma körpüsünün istifadəyə verilməsi isə TIR və minik avtomobillərinin də daşınmasına şərait yaradıb.
Liman rəsmilərinin sözlərinə görə, yeni körpü ildə 2 milyona yaxın əlavə yük göndərməyə imkan verir.
Paylaş: