Xəbər lenti

 

Fevralın 16-da saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.

SOCAR-dan APA-ya verilən məlumata İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzifəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib, müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 698          Tarix: 16-02-2018, 14:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma