Xəbər lenti

İraq məhkəməsi İŞİD terrorçularının 12 həyat yoldaşı barədə hökm verib.

Qaynarinfo Aljazeera-yə istinadən xəbər verir ki, məhkəməyə çıxarılan 11 türk və 1 azərbaycan əsilli qadın barədə Bağdad məhkəməsi qərar elan edib. Yaşları 20-50 aralığında olan qadınlar İraqın Mosul və Tel Əfar şəhərlərində həbs ediliblər. 1 Türkiyə vətəndaşı edama, digər 11 nəfər isə ömürlük həbsə məhkum edilib. 

Barəsində ölüm qərarı verilən qadın öz arzusu ilə həyat yoldaşı və uşaqları ilə İraqa gəldiyini bildirib: "Biz Türkiyəni tərk etdik, çünki həyat yoldaşım tanınan biri olmaq istəyirdi. Mən isə İslam qaydaları ilə idarə olunan yerdə yaşamaq arzusunda idim".

İraqda 2 oğlu və həyat yoldaşını itirən 48 yaşlı digər türkiyəli qadın isə buraya gəldiyinə görə peşman olduğunu dilə gətirib. "Angie Omrane" adlanan və azərbaycanlı olduğu iddia olunan qadın açıqlamasında "Həyat yoldaşımla internet vasitəsilə tanış olmuşam və o, mənə Türkiyədə görüşməyi təklif etmişdi, amma bir nəfər vasitəçi gəldi və məni gələcək həyat yoldaşımın yanına aparacağını dedi" fikrini deyib.

Qeyd edək ki, İraqda terrorçuların həyat yoldaşları olan və xarici ölkə vətəndaşlığına sahib 509 qadın və 813 uşaq saxlanılır. Qadınlardan 300-ü türkiyəlidir. Qadınlar İraqın terrorizmlə mübarizə qanununa əsasən, "Terror hadisələri planlaşdıran, maliyyələşdirən və ya dəstəkləyən şəxs" adlandırılır və ölkəyə qeyri-qanuni yolla daxil olmaqda ittiham edilirlər.




Ana səhifəyə qayıt        Baxış: 709          Tarix: 19-02-2018, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma