Xəbər lenti

 

Erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir azərbaycanlı gənclərin səyləri nəticəsində iflasa uğradılıb.

AZƏRTAC xəbər verir ki, sırf təbliğat xarakteri daşıyan tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış ermənipərəst S.Markedonov və digər bu kimi “müstəqil mütəxəssislər” iştirak ediblər.

Tədbirdə çıxış edənlərin gülünc fikirlərinə etiraz əlaməti olaraq, azərbaycanlı gənclər “Xocalıya ədalət!” şüarının əks olunduğu plakat qaldırıblar. Tədbirin təşkilatçıları azərbaycanlı gənclərə hücum çəkərək, plakatı onlardan kobudcasına almağa çalışıb, çaxnaşma yaradıblar.

Azərbaycanlı gənclərin çıxışlarında Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın işğalçı mövqeyi ifşa edilib, bu səpgidə suallar ünvanlandırılıb. Tədbirin ermənilərin nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun sosial şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur olublar.

Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında keçirilmiş “yığıncağını” beynəlxalq konfrans kimi təqdim etmək cəhdləri vətənpərvər Azərbaycan gənclərinin mütəşəkkil səyləri nəticəsində tam iflasa uğrayıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 28-02-2018, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma