Xəbər verdiyimiz kimi, ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyada bir çox strateji hədəfləri məhv edib.
Strateq.az xəbər verir ki, gecəylə Suriyaya 100-dən çox raket zərbəsi endirən bu üç dövlətin hərəkətinə ən sərt reaksiya Rusiya və İrandan gəlib.
Çox maraqlıdır ki, dünənə qədər Rusiya atılacaq hər bir raketi havada məhv edəcəyini açıqlasa da, Moskva nədənsə son hücumda sakit qalıb.
Hücumla bağlı rəsmi Moskvadan verilən ilkin məlumata görə, raket atəşləri Rusiyanın Suriyadakı bazalarını hədəf almayıb.
Rusiya XİN-dən verilən açıqlamaya görə, Moskvanın qoruduğu hərbi bazalara heç bir raket atılmayıb. Nazirlik bununla belə 3 dövlətin hücumunda maraqlıdır ki, Qərb mətbuatını günahlandırıb.
Rusiyanın ABŞ-dakı səfiri Antanov isə yazılı açıqlamasında əməliyyatı qanunsuz sayıb və qarşı tərəfi təhdid edib: “Yenidən təhdid edilirik. Bu əməliyyatlar cavabsız qalmayacaq”.
Strateq.az
Paylaş: