Xəbər lenti
27-11-2024, 19:25

2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır.

Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur. Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır.

Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 847          Tarix: 23-04-2018, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma