ünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanır.
AMEA-dan APA-ya verilən xəbərə görə, abidənin hazırlanması məşhur heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə edilib.
Ö.Eldarov abidənin orijinal və tamamilə fərqli üslubda olacağını bildirib: “Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin layihəsi üzərində işləyirəm. Abidənin hansı formada olacağını izah etmək çətindir. Onu deyə bilərəm ki, qəbirüstü abidədə qapı simvolu olacaq”.
Ö.Eldarov büstün alimin ildönümü mərasiminə kimi hazır olacağını deyib.
Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.
Paylaş: