“ABŞ-ın daxili siyasi hesablarla Qüdsün statusunu dəyişdirməyə yönəlik addımları bütün etirazlara baxmayaraq bu gün həyata keçirilir. ABŞ Fələstin məsələsində vasitəçilik yönünü itiridi. Bu tablo qarşısında özümüzü 2-ci Dünya Müharibəsi öncəsindəki kimi hiss edirik”.
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmə qərarına münasibət bildirərkən deyib.
Ərdoğan İngiltərədə “Chatham House” düşüncə mərkəzində çıxış edib.
“Tətbiq edilməyə çalışılan bu mənzərəyə biz etiraz edirik. Biz BMT-nin 5 daimi üzvlə idarə edilməsini qəbul etmirik. Əgər BMT doğruları təsis edə bilmirsə, bunu özümüz etməliyik. Dünyanın mismarı çıxıbsa o mismarı yerinə qoyacaq sərt bir çəkic zərbəsi deyil, ümiddir, bölüşməkdir. Bir seçki etməliyik, ya bir-birimizi yeyəcək, ya da bir-birimizə dərman olacayıq” – Ərdoğan belə deyib.
Paylaş: