Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisə müqavimətdə və ölümə cəhddə təqsirləndirilən Ələkbər Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu məlum olub. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən, cinayət işini yenidən prokurorluğa qaytarıb.

Məhkəmə eyni zamanda ibtidai istintaqı aparmış müstəntiq haqqında da xüsusi qərar çıxarıb.

İttihama görə, Ə. Əhmədov ötən ilin iyununda münaqişə zəminində Cavad Bağırzadəyə xəsarət yetirib. Bu zaman hadisə yerinə gələn polis əməkdaşlarına isə müqavimət göstərib.

Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

 




Ana səhifəyə qayıt        Baxış: 1 078          Tarix: 29-05-2018, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma