“Bu gün Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər hələ də qalmaqdadır. Ölkəmizdə yeni doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması buna misaldır”.
Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev “Azərbaycanda qız övladların dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihənin yekun konfransında deyib. F.Babayev Azərbaycanda cins nisbətinin ciddi şəkildə pozulmasının əhalinin struktur və dinamikası baxımından xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini xüsusi vurğulayıb.
O əlavə edib ki, ölkədə kişilərin sayının həddən artıq çoxalması oğlanların evlənmək üçün qız tapa bilməməsi, gəlin qaçırma, erkən nikah, insan alveri və s. kimi digər bir çox mənfi halla nəticələnə bilər: “Bunun qarşısının alınması BMT-nin əsas prioritet fəaliyyətlərindən birini təşkil edir. Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edirik. Əminəm ki, bir neçə il sonra selektiv abortların aradan qaldırılmasına nail ola biləcəyik”.
Paylaş: