Xəbər lenti

Yerevan məhkəməsi, deputat Manvel Qriqoryanın həbsiylə bağlı baş prokuror Artak Davtyanın tövsiyyəsini qəbul edib.

Strateq.az-n verdiyi xəbərə görə, bu barədə Azadlıq radiosunun erməni xidməti məlumat yayıbBeləliklə keçmiş deputat və general 3 ay həbsdə qalacaq.

Qeyd edək ki, Ermənistan parlamenti iyunun 19-da onu deputat toxunulmazlığından məhrum edib. 62 yaşlı general ötən şənbə günü həbs edilib,qanunsuz silah və sursat saxlama, orduya məxsus əmlakı mənimsəməkdə, habelə mütəşəkkil cinayətkarlıqda ittiham olunur.

Onun bağ evi və Eçmədzindəki evində aparılan axtarış zamanı böyük miqdarda silah və sursat, onlarla maşından ibarət avtomobil parkı, xüsusi zoopark, orduya məxsus ərzaq və digər mallar aşkar edilib. Manvel Grigoryan Azərbaycanda bir çox ərazilərin işğalnda iştirak etmiş adam kimi tanınır.

 




Ana səhifəyə qayıt        Baxış: 424          Tarix: 20-06-2018, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma