Xəbər lenti

Qazaxıstan xarici işlər naziri bu ölkənin Vahid Pensiya Yığım Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılan 220 milyon dollarına görə narahatdır.

Virtualaz.org xəbər verir ki, nazir Kayrat Abdrahmanov XİN-in vətəndaşların haqlarını və milli maraqları xaricdə müdafiə etmək üçün əlindən gələni etdiyini, pensiyaçıların Azərbaycan bankına yatırılan pullarına görə də bütün səyləri göstərəcəklərini bildirib.

Xatırladaq ki, Azərbaycan Beynlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcunu dövlətə transfer etmək üçün restrukturizasiya planını elan edib.

Habelə xarici aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəməsinə müflisləşmə barədə iddia verib. Restrukturizasiya planı gələn həftə Londonda bank rəhbərliyi ilə investorlar arasında keçiriləcək danışıqlarda müzakirə olunmalıdır. Bank restrukturizasiya planını elan edəndən sonra üzə çıxıb ki, Qazaxıstanın Vahid Pensiya Yığım Fondu 220 milyon dolları Azərbaycan Beynəlxalq Bankına yatırıbmış. Nəticədə Qazaxıstanda həmin pulların batacağına dair narahatlıqlar yaranıb. Bəzi deputatlar fondun menecmentini vəsaitləri riskli banka yatırdıqlarına görə cəzalandırmağa çağırır. Azərbaycan Beynəlxalq Bankı isə bildirir ki, narahatlıq üçün əsas yoxdur, borclar ödəniləcək.

 “İndiki halda söhbət Azərbaycan bankına yatırılmış pensiya yığımlarından gedir. Bank mürəkkəb vəziyyətlə üzləşib. Biz diplomatik kanallarla sorğular daxil olduqca Azərbaycanın müvafiq strukturları ilə fəal qarşılıqlı təmasda olacağıq”-xarici işlər naziri keçirdiyi brifinqdə bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 101          Tarix: 18-05-2017, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma