Xəbər lenti

 Abşeron rayonunda 7 obyektdən oğurluq edən şəxs saxlanılıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən və vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən Yardımlı sakini Rəhman Dadaşzadə tutulub.

Onun ətrafında araşdırma aparılan zaman məlum olub ki, saxlanılan şəxs bu əməlinin xeyli vaxtdır həyata keçirirmiş. R.Dadaşzadə ayrı-ayrı şəxslərin obyektlərindən küllü miqdarda pul, maşın yuma aparatı, noutbook, telefon aksesuarları və digər qiymətli əşyaları oğurlayıb.

Saxlanılan şəxs oğurladıqları malları dəyər-dəyməzinə satıb əldə etdiyi pulu isə özü üçün xərclədiyi deyib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 440          Tarix: 23-07-2018, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma