Xəbər lenti

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatıraladaq ki, prokuror çıxışında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, qətl hadisəsi ötən il baş verib. 1958-ci il təvəllüdlü S.Məmmədov gəlinini qətlə yetirib və özü polisə təslim olub.

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb.

Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.

S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib.

S.Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə S.Məmmədov özünü təqsirli bildiyini deyib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs istintaqda dediklərini təsdiqləyib: "Yazılanlar düzdür. Mən qızı başqası ilə tutdum, sonra öldürdüm. Bu cinayəti namus üstündə törətmişəm".




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 25-07-2018, 13:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma