Xəbər lenti

 

Almaniyada yaşayan 7 yaşlı Emil Rustiq maraqlı addım atıb.
Ovqat.com xəbər verir ki, Axşam.az xarici mediaya istinadən verilən məlumata görə, uşaq mobil telefonu əlindən düşməyən valideynlərə qarşı yürüş keçirib.

O, “Mənimlə oynayın, mobil telefonla deyil” sloqanı altında etirazını bildirib. Bu barədə danışan Emil deyib ki, bir gün parkda atasından onunla oynamasını xahiş edib. Atası isə gözünü telefondan çəkməyib və işim var söyləyib. 
Daha sonra anasında da eyni vəziyyəti gördükdən sonra belə bir yürüş etmək fikrinə düşüb və bu haqda polisə bildirib.
Polis onu dəstəkləyib və 150-dən çox uşaq küçələrə axışaraq mobil telefon əlindən düşməyən  valideynlərinə etirazlarını bildiriblər.






Ana səhifəyə qayıt        Baxış: 563          Tarix: 11-09-2018, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma