Xəbər lenti

 

İlk dost mərkəzi dekabrda fəaliyyətə başlayacaq. Mərkəzdən ilk olaraq paytaxtın Yasamal və Səbail rayonlarının sakinləri istifadə edə biləcək. Burada vətəndaşlara 100-dən çox xidmət göstəriləcək.

Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün nəzərdə tutulan"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"nin ilk mərkəzinin harada fəaliyyət göstərəcəyi məlum olub.İlk DOST mərkəzinin yaradılması ilə bağlı işlər sürətləndirilib.

DOST mərkəzlərində əhaliyə göstəriləcək xidmətlərlə bağlı dəqiqləşdirilmələr aparılır.Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, ilkin olaraq göstəriləcək xidmətlərin sayı 100-dən çoxdur

Məlumdur ki, asan xidmət mərkəzlərindəəmək və əhalinin sosial müdafiəsi nazirliyinə aid müxtəlif xidmətlər göstərilir. DOST mərkəzinin fəaliyyətə başlamasından sonra onların aqibəti də gündəmə gəlir. Eyni xidmətin bir neçə mərkəzdə göstərilməsi mümkündürmü ?

DOST mərkəzlərinin konsepsiyası onu deməyə əsas verir ki, onların istifadəyə verilməsi ilə sosial xidmətlərin həyata keçirilməsində şəffaflıq daha da artacaq.




Ana səhifəyə qayıt        Baxış: 626          Tarix: 11-09-2018, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma