Xəbər lenti

 

Siyasi risklərə dair xəbər və analizlər üzrə dünyanın ən nüfuzlu nəşri, “Global Risk Insights” (GRI) Azərbaycan Beynəlxalq Bankının üzləşdiyi maliyyə çətinliklərindən yazıb.

Ovqat.com xəbər verir ki, məlumatı Azadliq.info yayıb.

Məlumata görə, bu həftə Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi öhdəlikləri üzrə ödənişləri dayandırmasını elan etməsi Azərbaycanın ən böyük maliyyə institutlarından biri üçün ciddi fəlakət işarəsidir. Beynəlxalq Bank borclarının restrukturizasiyasına nail olmaq məqsədi ilə Nyu-York məhkəməsinə müraciət edib. Bank məhkəməyə ABŞ müflisləşmə məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq müraciət edib. Belə bir müraciət kreditorların Birləşmiş Ştatlarda hüquqi addımlar atmasını əngəlləyir. Beynəlxalq Bankın bu son addımı həm banka etibarı, həm də bankın hökumətlə və dövlətin nəhəng enerji şirkəti SOCAR-la əlaqələrini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatının ümumi sabitliyinə etibarı zədələyir.

Bankın 80%-nə hökumət sahiblik etdiyi üçün bankın defoltla üzləşməsi Azərbaycan hökumətinin etibarlılığına da ciddi təsir göstərmiş olar.

908 milyon dollarlıq ödənməmiş borcu olan bank artıq Dublində yerləşən “Rubrika Finance” şirkətinə 100 milyon dollarlıq borcunun ödənişini gecikdirib. Maliyyə naziri Samir Şərifov mayın 23-ü Londonda beynəlxalq investorlarla görüşməyi planlaşdırır. Əgər görüş səmərəsiz olsa, Beynəlxalq Bankın növbəti böyük ödənişi – ödəmə müddəti 2019-cu ildə bitəcək 500 milyon dollarlıq abrobondun kupon ödənişi üçün bir neçə həftəsi qalır. Bundan başqa, əlavə 185 mln. dollarlıq borcun ödəmə vaxtı isə 2017-ci ilin 26 oktyabrına düşür.




Ana səhifəyə qayıt        Baxış: 1 210          Tarix: 14-05-2017, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma