Xəbər lenti

 

Gədəbəy sakini bankdan götürmədiyi kreditə görə məhkəməyə verilib.

Ovqat.com-un məlumatına görə, Gədəbəy rayonunun Qaradağ kənd sakini Oruc Əsgərov iddia edir ki, 2014-cü ildən indiyə kimi onun təqaüdündən pul çıxılır. Vətəndaşın sözlərinə görə, kredit götürmək üçün sənədləşdirmə aparıldıqdan sonra, bank əməkdaşları növbənin çox olduğu üçün ona pulu 3 aydan sonra gəlib götürməsini deyiblər.

Oruc Əsgərov deyilən vaxtda da 2500 manat məbləğində krediti ala bilməyib. Sonradan məlum olub ki, onun adına krediti başqa bir şəxs götürüb. Həmin adam cəmi 200 manat pul ödəyib. Digər ödənişlər isə Oruc Əsgərovun təqaüdündən çıxılıb və üstəlik məhkəməyə verilib.

Oruc Əsgərov bankdan görüntüləri tələb etsə də videonun silindiyi deyilib.

Bankdan isə "Xəzər Xəbər"ə bildirilib ki, müştərinin bu məsələsinə biganə yanaşılması mümkün deyil.

Oruc Əsgərov əlindəki sənədlərlə birgə banka yaxınlaşmalıdır. Onun məsələsi araşdırılıb, aydınlıq gətiriləcək. \\Xezerxeber.az 





Ana səhifəyə qayıt        Baxış: 354          Tarix: 19-09-2018, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma