Xəbər lenti
Bu gün, 19:00
Bu gün, 18:00
Bu gün, 16:30
Bu gün, 15:07
Bu gün, 14:28
Bu gün, 13:37
Bu gün, 09:15
Dünən, 21:48
Dünən, 19:44
Dünən, 18:40
Dünən, 15:00
Dünən, 13:09
18-11-2025, 23:30
18-11-2025, 22:51

“İsmayıllı rayonunda yeni sürüşmə sahəsi yaranıb”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, rayonun Lahıc inzibati ərazi dairəsinə daxil olan Bağəli kəndində ötən günlərdə yeni sürüşmə sahəsi müşahidə olunub: “Sürüşmə geniş sahəni əhatə edir. Sürüşən sahənin eni 150, uzunluğu 700 metrə çatır. Sahənin üzərində çoxsaylı və müxtəlif istiqamətli çatlar əmələ gəlib. Hazırda ərazidə sürüşmə aktiv fazadadır”.
O qeyd edib ki, həmin kənddə 3-4 ev var: “Evlərdə yaşayışın olmaması səbəbindən təbii fəlakət nəticəsində xəsarət alan olmayıb”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























