Ekologiya və Təbii Sərvətlər Nazirliyi qadağan olunmuş balıq növlərinin ovlanmaması üçün balıqçılara müraciət edib. Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib ki, qanunsuz balıq ovunun qarşısının alınması üçün tədbirlər görülür. Lakin yenə də balıqçıların bioresursların qorunmasına əməl etməsi vacibdir
Bu günədək 10 hüquqi və 126 fiziki şəxsə balıqovlama biletləri verilib. Bu müddətdə sənədləri qaydasında olmadığı üçün 2 fiziki şəxsə isə etiraz olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Suğra İbrahimli balıqovlama üçün ayrılan kvotaları da açıqlayıb.
ETSN-in mətbuat katibi İradə İbrahimova bildrib ki, qurumun brakonyerliyin qarşısının alınmasının,balıq ehtiyatlarından səmərəli və ədalətli istifadəni ən zəruri məsələ hesab edir.bildirib ki, bəzi hallarda balıqçıların müraciətlərinə ədalətli yanaşılmadığı, inhisarçılığa yol verildiyi barədə Nazirliyə şikayətlər daxil olur
İradə İbrahimova Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının tükənmə təhlükəsindən danışaraq bildirb ki, sənaye balıq ovu ilə məşğul olanların qaydalara əməl etmələri, vətəndaşlıq mövqeyi göstərmələri vacibdir. brakonyerliyin tam aradan qaldırılması, tezliklə nəticə əldə olunması üçün hər kəsin bu işdə yardımçı olmasını çağırıb.
Paylaş: