Xəbər lenti

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, məhkəmə onun apellyasiya şikayətini təmin edib.

Qərara əsasən, V.Nəbiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və V.Nəbiyev məhkəmə zalında həbs edilib.

V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində V.Nəbiyevin cinayət işi araşdırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 345          Tarix: 30-10-2018, 17:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma