Xəbər lenti

 

Bakının Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində, Ukrayna dairəsinin yaxınlığında hasara alınmış ərazidə ağcların kəsilmək təhlükəsinin olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-nin Mətbuat xidmətindən “Report”a verilən məlumatda bildirilib ki, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, “ASAN Xidmət” mərkəzinin tikintisi aparılacağı müəyyən olunub.

“Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb. Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məcburi göstəriş verilib”, – deyə məlumatda qeyd olunub.

Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa görə nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.




Ana səhifəyə qayıt        Baxış: 224          Tarix: 17-08-2019, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma