Xəbər lenti

 

17 il sonra kəndinə qayıdıb fermer təsərrüfatı yaratdı.
Moderator.az xəbər verir ki,  təhsil almaq üçün İstanbula gedən Leyla Qaya 17 il sonra yaşadığı Bitlisin Tatvan rayonuna qayıdaraq özünə fermer təsərrüfatı yaradıb. Belə ki, 12 yaşında ailəsiylə birlikdə təhsil almaq üçün İstanbula köçən L.Qaya təhsilini başa vurduqdan sonra doğma kəndinə qayıdıb. 
Yeddiverən kəndində məskunlaşan ailənin 31 yaşlı qızı ailəsinin dəstəyi ilə  heyvan saxlamağa qərar verib. Hazırladığı layihə qəbul edildikdən sonra hökumətdən güzəştli kredit alaraq 200 baş iribuynuzlu heyvanlar alıb. Hazırda o, gündə 600 litr süd istehsal edir. L.Qayanın təsərrüfatında bununla yanaşı, on nəfər işçisi var. 
L.Qaya açıqlamasında gördüyü işin bir çox qadınlara stimul verəcəyini düşündüyünü deyib:
“Kəndimizə qayıtdıqdan sonra bizə heyvandarlıqla məşğul olmağı tövsiyə etdilər. Ölkəmizdə gözəl şeylərin olduğunu göstərmək istəyirəm. Məni görüb bu işi etmək istəyən çox qadın var, amma çoxları bacara bilməyəcəklərini düşünürlər. Gəlsinlər onlar da bu işə qoşulsunlar və tək olmadığımı bilim. Heyvanlarla məşğul olmağı sevirəm”. 
Vasif Əlihüseyn



Ana səhifəyə qayıt        Baxış: 466          Tarix: 22-08-2019, 22:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma