Xəbər lenti

 

Mançester şəhərindən Portuqaliyanın Madeira adasına uçan təyyarənin pilotunun ürəyi getdiyi üçün təyyarəni yerə sərnişinlərdən biri endirib.

Teleqraf.com xəbər verir ki, təyyarə Porto şəhərinə təcili eniş edib.

Məlumata görə, kapitan pilotun səhhəti təyyarə havada olarkən qəfil pisləşib, onun ürəyi gedib. Kapitan pilota oksigen maskası ilə süni hava verildiyi zaman təyyarədə olan sərnişin pilot hava gəmisini təcili Portoya endirməyi bacarıb.

Yerli mediaya danışan sərnişinlərdən Andrea Roze deyib ki, təyyarəni Porto şəhərinə endirən şəxsin tətilə gedən pilot olduğunu öyrəniblər.

Təyyarə Porto hava limanına enən kimi kapitan pilot dərhal xəstəxanaya çatdırılıb




Ana səhifəyə qayıt        Baxış: 707          Tarix: 27-08-2019, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma