Azərbaycanda 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Prosesə hazırlıq dövründə mətbuatda və sosial şəbəkələrə namizədlərin gündən-günə artdığını müşahidə edirik. Hətta aparılan müzakirələrdə tanınmış şəxslərin parlament seçkilərinə qatılacağı haqqında iddialara, ayrı-ayrı insanların deputat olmasını istəyən şəxslərin fikirlərinə də rast gəlirik. Ən çox adıçəkilən tanınmışlar sırasında xalq artisti Faiq Ağayev də var. İctimaiyyətdə onun namizədliyini dəstəkləyən, F.Ağayevi parlamentdə görmək istəyən çox insan olduğunu müşahidə edirik.
Hurriyyet.org xəbər verir ki, modern.az xalq artistinin parlament seçkilərində iştirak edib-etməyəcəyini dəqiqləşdirmək üçün onun özü ilə əlaqə saxlayıb. F. Ağayev saytımız vasitəsilə ona etimad göstərənlərə minnətdarlığını dilə gətirib:
“Mən etimada görə təşəkkür edirəm. Amma başqa şərh olmayacaq. Ona görə, bunu söylədim ki, həmin söhbəti bağlayaq”.
Xatırladaq ki, xalq artisti ötən ilin noyabrında televiziyada çıxışı zamanı deputat olmaq arzusunu dilə gətirmişdi:
“Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Bir az zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət”.
Paylaş: