Xəbər lenti

 

Əksəriyyəti müəllimlərdən, ziyalılardan ibarət olan 100 nəfərdən artıq Tovuz rayon sakini görkəmli hüquq professoru İlham Rəhimova yazılı müraciət ünvanlayaraq, ondan növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürməsini xahiş ediblər.

Müraciət müəllifləri İlham Rəhimovu millət vəkili görmək istəklərini belə əsaslandırıblar:

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın dövlətçilik həyatında ciddi yeniliklərə başlanılıb. Bu yenilənmənin tərkib hissəsi olan Milli Məclisdə islahatlar aparılması məqsədilə 9 fevral 2020-ci il tarixinə növbədənkənar parlament seçkiləri təyin olunub. Tovuz rayonunun aktiv seçici hüquqlu ziyalıları və əhalisi olaraq, qanunvericilik sahəsində Sizin Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə rəhbərliyiniz dövründə əldə etdiyiniz zəngin təcrübənizi, hüquq elmində olan elmi araşdırmalarınızı və nailiyyətlərinizi, xarici dövlətlərin akademiyalarının həqiqi üzvü seçilmənizi, Rusiya, Türkiyə və bir çox dövlətlərin daxil olduğu Hüquqşünaslar İttifaqına rəhbərliyinizi və burada hüquq sahəsində apardığınız əhəmiyyətli işləri, Dağlıq Qarabağ probleminin həllinin ərazi bütövlüyümüz çərçivəsində həllinə adi vətəndaş statusu ilə yaddaqalan işlərinizi, xeyriyyəçilik fəaliyyətinizi və ən əsası Azərbaycan dövlətçiliyinə olan bağlılığınızı və sadiqliyinizi nəzərə alaraq, dövlətimizin qanunvericilik orqanında deputat statusu ilə çalışmanızı istəyirik. Bunun üçün də 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmənizi və bir tovuzlu olaraq, Tovuz seçki dairəsindən namizədliyinizi irəli sürmənizi xahiş edirik”.

Seçicilər öz müraciətlərini imzaları ilə təsdiqləyiblər. \\Musavat




Ana səhifəyə qayıt        Baxış: 233          Tarix: 23-12-2019, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma