Azərbaycan Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.
Ovqat.com-un Lent.az-a istinadən xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.
Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir.
- Yay məktəbi tam pulsuz olacaq
- Apelliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq
- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq
- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq
- Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq
- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və özləri kitabxana əməkdaşları gətirib verəcək
- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq
- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq
- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək
- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.
Paylaş: