Xəbər lenti

 

Gəncə şəhərində poliklinika binasında yanğın baş verib.

Ovqat.com bildirir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Poçt qəsəbəsi, İsrafilbəyov küçəsində qeydə alınıb. İlkin məlumata görə yanğın ərazidə fəaliyyət göstərən poliklinika binasında qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kəpəz rayon Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri dəqiqləşdirilir.




Ana səhifəyə qayıt        Baxış: 542          Tarix: 22-01-2020, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma