Xəbər lenti


“Ölkəmiz tətbiq edilən karantin rejimi qaydalarında həm iqtisadiyyatın, həm də səhiyyə sisteminin vəziyyətini nəzərə almağa çalışır”.

Oxu.Az xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələrdə aparılan mənasız müzakirələr insanlara təsir edir:

“Şəbəkə istifadəçiləri iki günə nə baş verəcək deyib, müzakirə açırlar. Gigiyenanı, epidemiologiyanı bilməyən insanların belə müzakirə aparması əks effekt verir. Bu cür vəziyyətdə iki, üç, hətta bir gün belə əhəmiyyət kəsb edir. Çünki əhali qoyulan qaydalara riayət etmirsə, dövlət məcburdur ki, inzibati tədbirlərdən istifadə etsin. Burada insan hüquqlarının pozulması yoxdur.

Bunlar sağlamlığın qorunması ilə bağlı qəbul edilən beynəlxalq konvensiyalarda qeyd olunan məqamlardır. Hər bir qaydanın ən azı bir neçə həftə tətbiq edilməsi doğru addımdır. Çünki yoluxmaların azalıb-azalmaması 6-9 gün ərzində bilinəcək. Yəqin ki, qaydaların tətbiqi də bu cür yoxlanılacaq.

Bu qaydalar bir neçə həftə tətbiq ediləcək. Effekt az olarsa, hərəkətlərin məhdudlaşdırılmasının daha da artırılmasına ehtiyac olacaq. Bu isə səhiyyə sistemində ciddi problemlərin yaranmasına gətirib çıxara bilər”.




Ana səhifəyə qayıt        Baxış: 1 926          Tarix: 4-06-2020, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma