Xəbər lenti
Dünən, 19:25


38 yaşlı fotoqrafın lentə aldığı maraqlı görüntüləri Hindistanın Varanas şəhərində qeydə alıb. 

Dünyada yaşayan ən maraqlı qəbilə sayılan Aqora qəbiləsini yaxından izləyən fotoqraf gördüklərindən dəhşətə gəlib. Jan Skvara adlı fotoqraf lentə aldığı görüntülərinə şərh yazaraq bildirib ki, qəbilə üzvləri ölmüş insanların kəllə sümüklərini çıxarır, üzlərini kül ilə boyayır və ona su dolduraraq içirlər.

Yığdıqları kəllə sümüklərini isə adətən yaxınlıqdakı qəbiristanlıqdan toplayırlar. Fərqli dinə və adət-ənənəyə sahib olan qəbilə onları ziyarət üçün gələn turistləri sevmirlər. Onların inancına görə ziyarətə gələn insanlar onların diqqətinin yayınmasına səbəb olur.

Qəbilə üzvləri ümumilikdə yeni ölən insanların ətini yeyirlər və sümüklərindən dini inancları üçün müxtəlif əşyalar düzəldirlər. Gördüklərini lentə almaq üçün üzünü küllə boyamalı olan Jan Skvara  çox qorxduğunu və gördüklərindən dəhşətə gəldiyini bildirib. 

Moderator.az həmin foto-görüntüləri oxuculara təqdim edir:




Ana səhifəyə qayıt        Baxış: 2 570          Tarix: 6-06-2020, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma