Xəbər lenti
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
YAP-çı deputat: “Siyasətlə karantin rejimini dəyişik salanlar...”
Karantin rejiminin daha bir müddətə uzadılması və ötən həftənin son iki günündə daha da sərtləşdirilməsini bəzi müxalif qruplar özlərinəməxsus formada təqdim etməyə çalışır. İddia edilir ki, karantin rejimi aradan qalxandan sonra ölkədə siyasi hərəkətlənmə ola bilər və guya hakimiyyət bundan narahatdır.Guya karantin rejiminin uzadılması həm də bu narahatlıqdan irəli gəlir. Hakim partiyanın deputatları “Yeni Müsavat”a açıqlamalarında bu iddialara münasibət bildiriblər.
YAP-çı deputat Aydın Hüseynov belə iddiaları cəfəngiyyat adlandırdı: “Həmin müxalif qruplar Azərbaycan reallıqlarını tamamilə təhrif etmək və əsası olmayan uydurmalar irəli sürməklə məşğuldurlar. Karantin rejiminin uzadılmasına siyasi rəng qatmağa çalışmaq siyasətdə bitmiş adamların işidir.
Onlar əslində, hər halda, özləri də yaxşı bilirlər ki, Azərbaycanda iqtidarın, prezident İlham Əliyevin xalq arasında dəstəyi, nüfuzu pandemiya dövründə daha da artıb.
Azərbaycan prezidentinin, birinci vitse-prezident Mehriban Əliyevanın koronavirusla mübarizənin ilk günlərindən xalqın sağlamlığının, iqtisadi durumunun qorunması istiqamətində atdıqları addımlar, hökumətin gördüyü işlər Azərbaycan xalqı tərəfindən dəstəklənir. Bunu cənab Prezidentin ünvanına gələn minlərlə məktub da təsdiq edir.
Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizəsi, həyata keçirdiyi tədbirləri o dərəcədə gözəl effekt verdi ki, bu həm də dünya üçün bir nümunə, təcrübə olaraq qəbul edilməkdədir.
Belə bir tablonun ortada olmasına baxmayaraq kimlərsə onu görə bilmirsə, yaxud görmək istəmirsə, problem onların gözlərindədir. Onlar az sayda qalan ətraflarına indi də ”karantindən sonra hərəkətlənmə olacaq" nağıllarını danışıb başlarını bir müddət də bu nağıllarla qatmaq istəyirlər.
Azərbaycanın qüdrətli, özünü təsdiq etmiş bir dövlət olduğu pandemiya dövründə bir daha təsdiqləndi. Azərbaycan xalqı, cəmiyyət Prezidentini dəstəkləyir, ona inanır, onun yanında olduğunu hər addımda nümayiş etdirir. Bundan sonra da belə olacaq".
Hakim partiyanın digər deputatı Hikmət Babaoğlu isə bildirdi ki, Azərbaycanda ictimai-siyasi proseslər həmişə dinamik və hərəkətli olub: “Bunun səbəbi siyasi sistemimizin demokratik əsaslarda formalaşması və hər cür siyasi fəaliyyət azadlığının təmin olunmasındadır.
Bütün demokratik cəmiyyətlərdə siyasi proseslərdə ən aktiv fazalardan biri seçki dövrünə təsadüf edir .
Azərbaycanda da elədir. Bu il fevralın 9 da keçirilən parlament seçkiləri demokratiya tariximizin ən fəal mərhələlərindən birini təşkil etdi və siyasi hərəkətlilik çox yüksək oldu. Bu, əlbəttə ki, yeni formalaşan parlamenitn də keyfiyyətinə təsir göstərərək ali qanunverici orqanda yeni siyasi konfiqurasiya yaratdı. Eyni zamanda fəal siyasi təşkilatlanmalar üçün bir növ özünüsınaq oldu.
Düşünürəm ki, hazırkı mərhələ bu sınağın nəticələrinin hər bir siyasi təşkilat tərəfindən öyrənilməsi, təhlil edilməsi və nəticəyə uyğun olaraq gələcək siyasi faəliyyətin müəyyənləşdirilməsi mərhələsidir.
Görünür, bəzi müxalif qruplar düzgün təhlil apararaq düzgün nəticə çıxara bilmədikləri üçün yenidən səhvə yol verərək siyasətlə karantin rejimini dəyişik salırlar. Belə səhvlər isə onların növbəti uğursuzluqları üçün yeni əsaslar yaradır.
Çünki Azərbaycan xalqı siyasi baxımdan olduqca savadlı və yetkin xalqdır. Hakimiyyətin karantin rejimini nə üçün tətbiq etdiyini, nə üçün uzatdığını doğru qiymətləndirməyi bacarır, siyasi müxaliflərin bu hadisəni manipuliyasiya etdiyini də görür.
Ona görə də cəmiyyət qiymətləndirmə aparanda hakimiyyətə haqq verir və onun yanında olur. Yaxşı olar ki, radikal müxalif qruplar bundan düzgün nəticə çıxarsın.
Hakimiyyət indiki çətin vəziyyətdə bütün resursları ilə xalqın yanındadır və onun sağlamlığının, təhlüksəsizliyinin qorunması üçün hər şeyi edir.
Bu isə növbəti mərhələdə, əlbəttə, hakimiyyət üçün yeni və etibarlı siyasi divident yaradacaq”.
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar