Xəbər lenti


Dünya üzrə koronavirusa yoluxanların sayı artır. Ölkəmizdə bu rəqəmlər dalğavari hərəkətlənsə də, son günlər sağalanların sayında ciddi artım var, hətta sağalma yoluxmanı üstələyib.
Mövzu ilə bağlı Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Teleqraf.com-un suallarını cavablandırıb.
- Doktor, son günlər koronavirusa yoluxmada müsbət nəticələr görürük. Yoluxmada rəqəmlərin azalması ilə yanaşı, sağalanların da sayı artıb...
- Bu rəqəmlər qeydiyyata alınan xəstələrin sayını ifadə edir. Xeyli insan da evdə ambulator müalicə alır, onların statistikası yoxdur. Onlar yüngül və orta xəstələrdir. Sayları təxminən xəstəxanaya daxil olanların 80 faizi qədərdir. Təxinimə görə, 4000 xəstə evdə müalicə olunur.
- Sizin açıqladığınız rəqəmi nəzərə alsaq, belə nəticəyə gəlirik ki, ölkənin yarıdan çoxu virus yoluxub. Elə deyilmi?
- Xeyr. Ölkə əhalisi tamimilə virusa yoluxmayıb. Amma azı 500-600 min nəfər bu virusa yoluxub, müalicə olunub və müalicəsi davam edir. Onların da böyük hissəsi koronavirusa yoluxduğunu gizlədir.

- Sizcə, yoluxma statistikası hazırkı kimi davam etsə, qarşıdakı aylarda nomal həyata qayıda bilərikmi?
- Karantin rejiminə bu şəkildə əməl olunsa, çətin ki, virusdan xilas olaq. Karantin rejimi demək olar ki, işləmir. Məsələn, hazırda avtobus dayanacağında dayanmışam, təxminən 30 nəfər var, yarısının maskası yoxdur, yarısında da çənəsindədir. Hələ də qaydalara məhəl qoymayanlar var. Bu qış normal həyata qayıtmağımıza inanmıram. Yalnız növbəti yay fəslində əvvəlki həyatımıza qayıda bilərik.
- Ötən həftəki yürüş bu rəqəmlərə təsir edəcəkmi?
- Təbii ki, artım görəcəyik. Yürüşün nəticəsi ayın sonunda məlum olacaq.
- Qarşıdakı dövr üçün maksimal yoluxma proqnozunuz varmı?
- Bizdə riyaziyyat işləmir. Konkret rəqəmlər olsa, riyazi model hazırlayıb, proqnoz vermək olar. Bizdə evdə müalicə alanların statistikası məlum deyil, xəstəliyini gizlədənlər də var. Buna görə qarşıdakı dövrdə yoluxma statistikası barəsində konkret rəqəm demək mümkün deyil. Avropa ölkələri rəqəmləri qarşılarına qoyub, riyazi model hazırlayırlar.



Ana səhifəyə qayıt        Baxış: 2 462          Tarix: 20-07-2020, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma