Xəbər lenti


ABŞ prezidenti Donald Tramp bildirib ki, heç vaxt seçkilərdəki məğlubiyyətini qəbul etməyəcək.

Ağ Ev rəhbəri bunu Vaşinqtonda tərəfdarları qarşısında çıxışında deyib.

“Biz heç vaxt təslim olmayacağıq, biz heç vaxt məğlubiyyəti qəbul etməyəcəyik”, – Vaşinqtonda on minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp deyib.

Çərşənbə günü Konqres prezident seçkilərinin nəticələrini təsdiq etməlidir. Rəsmi məlumatlara görə, seçkilərdə Trampın rəqibi, demokrat Co Bayden qalib gəlib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib/Report.



Ana səhifəyə qayıt        Baxış: 2 427          Tarix: 6-01-2021, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma