Xəbər lenti
Son zamanlar Əfqanıstanda bəlli şəxslərə qarşı artan terror aktları jurnalistlərin ölkədən qaçmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlərin Müdafiəsi Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, məhz bu səbəbdən 10 jurnalist ölkəni tərk edib.

Əfqan jurnalist Nüsrət Parsa sosial şəbəkə hesabında terror və sui-qəsd dalğasının artması səbəbindən ölkəsini tərk edərək Türkiyəyə sığındığını yazıb.

Ölkənin tanınmış televiziya jurnalisti Fərhnaz Frotan, jurnalist Muxtar Laşkari də eyni səbəblər üzündən Əfqanıstanı tərk etdiklərini bildiriblər.



Ana səhifəyə qayıt        Baxış: 2 575          Tarix: 7-02-2021, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma