Xəbər lenti


 
Ermənistan Baş naziri Paşinyanın “İsgəndər” raketinin işə yararsızlığı barədə irəli sürdüyü iddialar yenidən aktuallıq qazanır.
 
Ovqat.com xəbər verir ki, ingilis dilində yayımlanan “Middle East Eye” nəşri bu mövzuda uzun müddət polemikalara yol açacaq yeni iddialarla çıxış edib.
 
Nəşrə görə, Ermənistan 44 günlük müharibədə Bakıya ən azı bir “İskəndər” ballistik raketi atıb.
 
Açı çəkilməyən yüksək çinli erməni çinovnikə istinad edən nəşr bildirib  ki, Azərbaycanın raketdənmüdafiə sistemləri, daha konkret desək, İsrail istehsalı olan "Barak-8" kompleksi Bakıya atlan raketi göydə zərərsizlışdirə bilib. O əlavə edib ki, məhz "İsgəndər" nin tətbiqindən sonra Bakı guya 10 noyabr atəşkəs sazişi ilə razılaşmalı olub.


 
Qeyd edək ki, Paşinyandan əvvəl eyni iddianı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavini Movses Hakobyan irəli sürmüşdü. Erməni general Azərbaycana “İsgəndər” raketi atdıqlarını, amma konkret haranı nişan aldıqlarını bilmədiyini demişdi. Görünür, mülki obyekt nişan alındığından Hakobyan bu barədə açıq danışa bilməmişdi. Erməni generalın sözündən belə anlaşılırdı ki, Azərbaycana təkcə bir “İsgəndər” raketi atılmayıb.
 
Maraqlıdır ki, Movses Hakobyan Paşinyana yaxın adam da deyil. O, 44 günlük müharibədən sonra verdiyi müsahibədə Paşinyanın yoldaşını burnunu hərbi məsələlərə soxmaqda günahlandırmış və onu Dağlıq Qarabağdakı döyüş qərargahından qovduğunu şəxsən etiraf etmişdi.  
 
Üzərindən bir neçə ay keçəndən keçəndən sonra Paşinyan bənzər açıqlamalar verərək, “İsgəndər” raketlərinin ya ümumiyyətlə partlamadığını, ya da 10% partladığını bəyan etmişdi. “İsgəndər” raketlərinin strateji silah olduğunu və onun atəşlənməsinə yalnız Baş komandanın qərar verə biləcəyini nəzərə alsaq, bu barədə ən məlumatlı qaynağın məhz Paşinyan olduğu şübhə doğurmur. Bizim də onun sözlərinə barmaqarası baxmağa haqqımız yoxdur. Əksinə, onun bu sözlərindən faydalanıb Ermənistanı mülki şəxsləri hədəfə aldığı üçün Beynəlxalq Hərbi Arbitraja vermək hüququmuz doğur.



Digər tərəfdən, Azərbaycan ordusunun Ermənistanın Vardenis rayonunda hərəkətə keçmək ərəfəsindəykən vurduğu 7 raket qurğusundan 2-nin “İsgəndər” kompleksi olduğunu bəzi rus ekspertlərinin özləri də etiraf etmişdilər.
 
“Dünən gecə Azərbaycan Ermənistana sarsıdıcı bir zərbə vurdu, nəticədə taktiki raket sistemləri olan bütün bir bölgə məhv edildi, bunların arasında yalnız Tochka-U raket sistemi deyil, eyni zamanda Rusiyanın son model İskəndər kompleksləri də var”, - Rusiyanın Avia.pro nəşrinə açıqlamasında hərbi ekspertlər vurğulayırdılar.

 

 
Məlumatda o da iddia olunur ki, Ermənistanda mövcud olan 4 “İskəndər” kompleksindən ikisi artıq məhv edilib.
 
 “Azərbaycanın pilotsuz təyyarəsi vasitəsilə çəkilən  kadrlarda həqiqətən ən azı iki “İskəndər” sisteminin yox edildiyini görə bilərik - bu komplekslərin fotoşəkillərini müqayisə edəndə açıq bir oxşarlıq görmək olar. Baxmayaraq ki, Ermənistan məhv edilmiş RK tipini açıqlamır”,-Avia.pro yazırdı:

 
“Məlumatda məhv edilmiş taktiki raket sistemlərinin dəqiq sayı barədə bildirilmir, lakin mənbələrə görə, 7-9 taktiki raket sisteminin sıradan çıxarılmasından bəhs edə bilərik”.
 
Azərbaycan Müdafiə Nazirliyi həmin raket komplekslərini sivil hədəfləri vurduğu üçün zərərsizləşdirdiyini açıqlamışdı. Bu baxımdan rəsmi Bakının “İsgəndər” raket zərbəsindən sonra atəşkəsə razılaşması fikri inandırıcı görünmür. 




Ana səhifəyə qayıt        Baxış: 5 435          Tarix: 1-03-2021, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma