Xəbər lenti

 
2020-ci ildə dünyada hərbi xərclər 2 trilyona (1,98 trln. +) yaxınlaşıb, bu da əvvəlki ilin göstəricilərindən 2,6% çoxdur. 
 
Ovqat.com xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünən yaydığı hesabatda belə deyilir.
 
SIPRI hərbi xərclər üzrə ilk beşliyi də sıralayıb:
 
ABŞ ($778 milyard),
Çin ($252 milyard),
Hindistan ($72,9 mlrd.),
Rusiya ($61,7 mlrd.),
Böyük britaniya ($59,2 milyard).
 
Hesabata görə, bütün dünya üzrə hərbi xərclərin 62% - i bu beşliyin payına payına düşür.
 
SIPRI-nin hesabatında vurğulanır ki, koronavirus pandemiyasının iqtisadi zərərləri səbəbindən dünya ÜDM ötən il ərzində 4,4% zəifləyib. "Nəticədə, hərbi xərclərin ÜDM-də payı 2019-cu ildə 2,2% təşkil edirsə, 2020-ci ildə bu göstərici 2,2%-ə yüksəlib. Bu, 2009-cu ildə baş vermiş dünya maliyyə-iqtisadi böhranından bəri illik hərbi yükün ən böyük artımı idi",-deyə institutun press-relizində bildirilir.
 
Bütün dünyada hərbi xərclərin artmasına baxmayaraq, bəzi ölkələr o cümlədən Çili və Cənubi Koreya büdcədə nəzərdə tutulan hərbi xərclərin bir hissəsini pandemiyaya qarşı mübarizəyə sərf ediblər. Bəzi ölkələr isə 2020-ci ildə ilkin planlaşdıralandan "daha az" xərcləyiblər. Pandemiya və yaşadığı iqtisadi böhran xüsusilə Rusiyanın hərbi xərclərinə ciddi təsir göstərib. Məlumata görə, Rusiya hərbi xərclərini əvvəl nəzərdə tutduğundan 6.6% azaldıb. Baxmayaraq ki, hesabatda Moskvanın ötən il bir əvvəlki ilə nəzərən hərbi xərclərini 2,5% artırdığı da qeyd olunur.
 
ABŞ isə hərbi xərclərini ardıcıl olaraq üçüncü ildir ki artırır. Bildirilir ki, Vaşinqton 2020-ci ildə bir əvvəlki illə müqayisədə hərbi xərclərini 4,4% artaraq 778 milyard dollara çatdırıb: “Bu da dünya hərbi xərclərinin 39% - ni təşkil edir”. 
 
 
SIPRI ekspertləri ABŞ-ın xərclərindəki bu artımın hərbi tədqiqata ayrılan investisiyalarla, həmçinin bir neçə uzunmüddətli layihə, o cümlədən nüvə arsenalının modernləşdirilməsi və "irimiqyaslı silah alınması"ilə izah edirlər. "Bu da artan narahatlığı əks etdirir və Çinlə Rusiya kimi strateji rəqiblərin nəzərdə tutulan təhdidləri, eləcə də Tramp administrasiyasının ABŞ-ın “tükənmiş Silahlı Qüvvələrini dəstəkləmək arzusu” ilə bağlıdır", - deyə press-relizdə vurğulanır.
 
Çin isə hərbi xərclərini ardıcıl olaraq 26-cı ildir ki, artırır. Ötən il Pekin hərbə 252 milyard dollara qədər vəsait ayırıb ki, bu da 2019-cu illə müqayisədə 1,9% çoxdur. 2011-2020-ci illər ərzində Çinin hərbi xərcləri ümumilikdə 76% artıb. SİPRİ məlumatına görə, Çinin ardıcıl olaraq hərbi xərclərini 26 il ərzində davamlı artırması bütün ölkələr üzrə ən uzun dövrü əhatə edir.
 
Böyük Britaniya hərbi xərclərini 2,9% artıraraq 59,2 dollara, Almaniya isə 5,2% artaraq, 52,8 milyard dollara yüksəldib. Ümumiyyətlə, Avropa ölkələrinin ümumi hərbi xərcləri 2020-ci ildə 4% artıb.
 
SİPRİ-nin məlumatına görə, Şimali Atlantika Alyansının demək olar ki, bütün üzvləri 2020-ci ildə silahlanmaya sərf olunan vəsaitin həcmini artıqlaması ilə yerinə yetiriblər. "Nəticədə, NATO-ya üzv olan 12 ölkə ÜDM-in 2%-i və ya daha çoxu öz silahlı qüvvələrinə sərf edib. Məsələn, hərbi xərclər siyahısında səkkizinci yeri tutan Fransa 2009-cu ildən bəri ilk dəfə olaraq iki faizlik baryeri keçib”. - deyə press-relizdə bildirilir.
 
Asiya-Sakit Okean regionunda hərbi xərclərə ən çox vəsait ayıran ölkələr Hindistan (72,9 milyard dollar), Yaponiya (49,1 milyard dollar), Cənubi Koreya (45,7 milyard dollar) və Avstraliya (27,5 milyard dollar) olub.
 
 Afrika ölkələrində hərbi xərclər 3,4% artaraq 18,5 milyard dollara yüksəlib, ən böyük artım isə Çadda (+31%), Mali (+22%), Mavritaniya (+23%), Nigeriya (+29%) və Uqanda (+46%) müşahidə olunub. 
 
Cənubi Amerikada silahlanma xərcləri 2,1% azalaraq, 43,5 milyard dollara düşüb. Bu göstəriciyə əsasən Braziliyanın hərbi xərclərinin azalması (3,1%) təsir göstərib. 
 
11 Yaxın Şərq ölkəsinin ümumi hərbi xərcləri 6,5% azalaraq, 143 milyard dollara düşüb. Səudiyyə Ərəbistanının xərclərini 10%, Küveytin 5,9%, Bəhreyn isə 9,8% azaldıb.
 
Azərbaycanın 44 günlük savaşda qazandığı uğur, deyəsən Rusiya silah sənayesinin başında çatlayıb. SIRPI-nin hesabatına görə, rus şirkətlərinin ən böyük silah istehsalçıları arasındakı payı iki dəfə azalıb. SIPRI tədqiqatında yalnız iki rus firmasının adı çəkilir. Onlar da ilk sıralara düşmürlər. Dünyanın ən böyük 5 hərbi-sənaye şirkətlərinin hamısı isə ABŞ-dandır: “Lockheed Martin”, “Boeing”, “Northrop Grumman”, “Raytheon” və “General Dynamic”.
 
Qardaş Türkiyə də ötən il hərbi xərclərini 5% azaldaraq, bu sahəyə 17.7 milyard vəsait ayırıb.


Ana səhifəyə qayıt        Baxış: 5 933          Tarix: 26-04-2021, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma