Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
Türkiyəli nazir Adil Qaraismayıloğlunun Bakıda Prezident İlham Əliyevə qılınc hədiyyə etməsi sual yaratdı: Azərbaycan Prezidentinə qılıncı niyə nəqliyyat və infrastruktur naziri hədiyyə edir, yaxud Türkiyə qılıncı niyə Qaraismayıloğlu ilə göndərdi?
Qaraismayıloğlu Türkiyə tərəfdən Zəngəzur dəhlizi layihəsini koordinasiya edən şəxsdir və Bakıya səfəri də dəhlizin inşası üzərində aparılan işin müzakirəsi, yaxud canlı təmasla müəyyənləşdirilməsi vacib olan məsələlərin dəqiqləşdirilməsi ilə bağlı idi.
Nazirin özü ilə hədiyyə olaraq gətirdiyi qılıncın mənasını görüşün sonundakı dialoqdan anlamaq mümkündür.
İlham Əliyev: Çox təşəkkür edirəm. Bu, barış xəncəridir.
Adil Qaraismayıloğlu: Əlbəttə, barış üçün də lazımdır.
İlham Əliyev: Bu, lazımdır.
Adil Qaraismayıloğlu: Bunu görüncə sülh də olur.
Bu dialoq spontana bənzəmir və hər ifadənin mənası, mesajı var:
- Müharibədən sonra əldə olunmuş sülh pozularsa, güc yolu ilə təmin ediləcək;
- Zəngəzur dəhlizi layihəsindən geri addım atılmayacaq və icrasına mane olanlara qarşı
güc tətbiqi yeganə alternativdir;
- Türkiyə “qılıncını” Əliyevin əllərinə verir və bölgədə atacağı addımları öz gücü ilə
dəstəkləyəcək.
Qılıncın nəqliyyat və infrastruktur naziri ilə göndərilməsi də cari hədəfin Zəngəzur
dəhlizi olduğu deməkdir.
Hərçənd, dialoqun sonunda Qaraismayıloğlu “Bunu (qılıncı) görüncə sülh də olur”
sözləri birmənalı deyil: Türkiyə Azərbaycana “qılıncı görməsələr, sülh də olmayacaq”,
yəni yenidən “güc yolu ilə həll edin, yanınızdayıq” mesajını verir və bunu həm də
bölgədə maraqlı olan bütün tərəflərə ünvanlayır.
Və bu, Bakının qılıncı yenidən qınından sıyıra biləcəyi versiyasını önə çıxarır...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar