Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
WalesOnline, Böyük Britaniya
11.06.2021
Müəllif: Yan Mitçelmor
Uels futbol üzrə Avropa çempionatında (Avro-2020) İsveçrə ilə qarşılacağı oyun ərəfəsində Azərbaycanda düşərgə salıb. Qarşılaşma şənbə günü keçiriləcək.
Uels yığmasının iyunun 5-də doğma meydanda – Kardif Siti stadionunda Albaniya ilə yoldaşlıq matçı 0:0 hesablı heç-heçə ilə bitib. Bu oyundan 3 gün əvvəl isə komanda yenə də yoldaşlıq oyununda Fransa yığmasına 3:0 məğlub olub. Uels hazırkı dünya çempionu ilə Nits şəhərində qarşılaşmışdı.
Uels millisinin baş məşqçisi Rob Peycin yetirmələri bu oyunlardan sonra Avro-2020-yə hazırlaqlara yenidən başlayıb. Bu həftənin bazar ertəsi milli komanda və məşqçi heyəti Avropadan keçərək Bakı şəhərinə yollanıb. Onlar Avro-2020 çərçivəsində 2 qarşılaşmanı Azərbaycan paytaxtında keçirəcəklər.
Kardifdən Bakıya gətirilən qutularda müxtəlif əşyalar var idi: oyunçuların formaları, toplar və COVID-19 testləri. Uels Futbol Federasiyası millinin qalacağı oteldə hazırlıq işlərini də tamamlamışdı – 4-cü mərtəbə komandanın sərəncamına verilib. Uels millisinə 26 nəfər xidmət göstərəcək. Futbol federasiyasının digər nümayəndələri yaxınlıqdakı otelə yerləşiblər. Səyahət qrupunun miqyası bu qədər böyükdür...
Uels millisinin qaldığı otel möhtəşəm Bakı sahilinə – Azərbaycanın şərqində yerləşən Xəzər dənizinə mənzərə açılır. Buradan xeyli aralıda yerləşən məşhur “Alov qüllələri” də görünür.
Uels yığması Bakıya çatmazdan cəmi 24 saat əvvəl şəhər dramatik Formula-1 yarışına ev sahibliyi edirdi. Yəni Bakı Formula-1 yarışının keçiriləcəyi qədər geniş şəhərdir. Hazırda yarışdan qalmış müxtəlif elementlər hissə-hissə sökülməkdədir.
Uels millisinin avtobusu “Red Bull”un piloti Maks Ferstappenin nəzarəti itirməsi nəticəsində divara çırpılaraq qəzaya düşdüyü yerdən 20 metr aralıda park edilib. Əgər yığma komanda Bakıya 24 saat əvvəl gəlsəydi, onun üzvləri oteldən yarış trasına baxa və bu anı görə bilərdilər.
“Qırmızı əjdahalar”ın məşq bazası yaşayış yerlərindən uzaqdadır. Söhbət 31 min tamaşaçı tutumlu Tofiq Bəhramov adına Respublika Stadionundan gedir. O, Bakı Olimpiya Stadionundan təxminən 6 mil cənub-şərqdə yerləşir. Xatırladaq ki, Uels yığması İsveçrə və Türkiyə ilə məhz Bakı Olimpiya Stadionunda qarşılacaq.
Uels millisi Bakıda ilk məşqini çərşənbə axşamı keçirib. Havanın hərarəti 28 dərəcə idi. Yığma məşqlərini adətən “Qarabağ” klubunun istifadə etdiyi stadionda davam etdirəcək. Cümə günü, yəni isveçrəlilərlə oyundan bir gün qabaq isə Uels millisi 69 min 870 tamaşaçı tutumlu Bakı Olimpiya Stadionunda məşq edəcək. Daha sonra Rob Peyc və bir təcrübəli futbolçu (çox güman ki, kapitan Qaret Beyl) mətbuat konfransı keçirəcəklər.
Komanda birinci oyundan sonra, yəni gələn həftənin bazar günü yenidən məşq bazasına qayıdacaq. Onlar gələn həftənin ikinci günü – Türkiyə millisi ilə oyundan bir gün əvvəl yenə də Bakı Olimpiya Stadionunda məşq edəcəklər. “Qırmızı əjdahalar” Türkiyə ilə iyunun 16-da qarşılaşacaq. Çox güman ki, bu qarşılaşma Uels üçün səfər oynuna bənzəyəcək, çünki minlərlə türkiyəli azarkeşin öz komandalarını dəstəkləmək üçün Bakıya gələcəyi gözlənilir.
Doğrudur, bu həftə Bakıya uelsli tərəfdarların da gələcəyi gözlənilir. Amma Avro-2016-da gördüyümüz Uelsin azarkeşlər ordusu koronavirus pandemiyası və hökumətin səfər etməməklə bağlı məsləhəti üzündən bu çempionatda olmayacaq.
Uels Türkiyə ilə qarşılaşdıqdan sonra iki gün Bakıda qalacaq. İyunun 18-i axşam isə Romaya yola düşəcək. İyunun 20-də o, “A” qrupunun final oyununda İtaliya ilə mübarizə aparacaq.
Xatırladaq ki, Uels millisi güclü külək əsdiyinə görə “küləklər şəhəri” adı ilə tanınan Bakıda Avro-2020-nin seçmə mərhələsində elə bu ölkənin yığması ilə qarşılaşmış və qalib gəlmişdi.
Bu gün isə Uels millisi ilk iki rəqib üzərində qələbə qazanmağa, Romada İtaliyaya qarşı keçiriləcək final qarşılaşmasında isə əlavə xal və ya xallara ümid edir.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: WalesOnline
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar