![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 13:31
Bu gün, 12:13
Bu gün, 11:51
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
![](/uploads/posts/2021-06/1623670189_get_news_image_slider-38.jpg)
TasnimNews, İran 14.06.2021 İranın yol və şəhərsalma naziri ölkəsinə məxsus şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında iştirak edəcəyini bildirir. Onun sözlərinə görə, Bakı ilə Tehran İranın yük maşınlarının Azərbaycanın Rusiya və Gürcüstanla sərhədində gözləmə növbəsinin azaldılması barədə də razılığa gəliblər. “Tasnimnews”un məlumatına əsasən, İranın yol və şəhərsalma naziri Məhəmməd İslami ölkəsinin Azərbaycanla saziş imzalamasından və tərəflər arasında nəqliyyat sahəsində əlaqələrdən danışıb: “Bu razılaşma nəticəsində növbəti bir il ərzində Astara-Bakı magistral yolunu Ərdəbil-Rəşt magistralı ilə birləşdirmək mümkün olacaq. Yeni marşrut Bakıya çatma vaxtını qısaldacaq. Üstəlik, marşrut Rusiyaya qədər uzanacaq və bunun üçün tikinti işləri davam etdirilir. Bu marşrut avtomobil yolu sahəsində əlaqələri gücləndirməyə kömək edəcək. Bir sözlə, biz bu tranzit imkanından daha çox istifadə edərək rentabelliliyi artıra bilərik”. “Hazırda nəqliyyat vasitələrinin hərəkəti üçün köhnə terminal və körpüdən istifadə olunur. Yeni imkandan yararlanmaq üçün yeni körpü və terminal inşa edilir. Yeni tikinti layihələrinin xərclərinə gəlincə isə, onun 50%-nin İran, 50%-nin isə Azərbaycan tərəfindən qarşılanması ilə bağlı razılığa gəlmişik”, - deyə iranlı nazir əlavə edib. Məhəmməd İslami Türkiyə, Ermənistan, Rusiya və Gürcüstanı Naxçıvan vasitəsilə birləşdirən mövcud dəmir yolu marşrutundan da bəhs edib: “Ermənistana 10 gün əvvəl səfərim zamanı “Şimal-Cənub” dəhlizinin vacib komponentlərindən sayılan bu dəmir yolu marşrutu ilə tanış oldum. Sovet İttifaqının dağılmasına qədər sözügedən marşrutla ildə 7 milyon ton yük daşınırdı. Rusiya və Hindistanla imzaladığımız razılaşmalar bizə güclü tranzit və logistika imkanları yaradır. Üstəlik, dəmir yolu ilə bağlı birgə prosedura və razılaşdırılmış tarifə dair saziş imzalanıb. Bu gün regionda vəziyyət elə formalaşıb ki, Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli bəyanatı əsasında Naxçıvan-Ermənistan dəhlizi istifadəyə verilə, biz də bu dəhlizdən istifadə edə bilərik”. Ötən il Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə nəticəsində Azərbaycan əraziləri işğaldan azad edilib. Məhəmməd İslami bu haqda danışarkən qeyd edib ki, “İran şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakına dair müzakirələr aparılıb. Nüfuzlu və ixtisaslaşmış İran şirkətlərinin həmin ərazilərin yenidən qurulmasında iştirakı üçün uğurlu müzakirələrimiz də olub”. İranlı nazir Ərdəbil vilayətinin Parsabad rayonunda dəmir yolu terminalının salınması planlarına da toxunub: “İran hökuməti 2 ay əvvəl həmin bölgənin dəmir yolu sərhədini təsdiqləyib. Odur ki, Azərbaycan hökuməti ilə də bu sərhədin yaradılmasının təsdiqlənməsi ilə bağlı danışıqlar apardıq. Qeyd edilən terminala İranın özəl sektoru investisiya qoyacaq. Təxminən 5 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkiləcək və 7 kilometr uzunluğunda mövcud dəmir yolu xətti yenidən qurulacaq. Üstəlik, Parsabad-Muğan bölgəsində yük terminalının yaradılmasını planlaşdırırıq. Əslində, Ərdəbil vilayətində bu layihəyə ehtiyac duyulur. Bölgəyə Ərdəbil vilayətinin başçısının iştirakı ilə səfərim zamanı dəmir yolu terminalının yaradılması barədə razılıq əldə edilib”. “Səfər zamanı müzakirə edilən və qaldırılan digər bir vacib məsələ Azərbaycan avtobuslarının İran ərazisindən keçməsi idi. Əslində, Azərbaycan xalqının da bu məsələnin həllinə ehtiyacı var. Bu haqda da konstruktiv danışıqlar aparmışıq. Nəticədə İranın Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar-gigiyena qaydaları çərçivəsində Naxçıvanla avtobus əlaqəsinin davam etdirilməsi barədə razılıq əldə olunub”, - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında müzakirə edilən əhəmiyyətli mövzulardan biri Naxçıvan Muxtar Respublikası istiqamətdən rüsumların artırılması olub: “Bu məsələ ilə bağlı da ətraflı müzakirələr apardıq. Doğrudur, bu mövzu 20 gün əvvəl də İran ilə Azərbaycan nümayəndə heyətləri arasında Təbrizdə müzakirə edilmişdi. Nəticədə adıçəkilən dəhlizdən istifadənin cəlbediciliyini artırmaq üçün rüsumların azaldılması ilə bağlı razılığa gəldik”. “İran yük maşınlarının Azərbaycanın Rusiya və Gürcüstanla sərhədində gözləmə növbəsinin azaldılması üçün lazımi addımların atılması haqda razılığa gəlmişik. Nəticədə İran yükləri gömrükdən daha tez buraxılacaq, yük maşınlarımızın dayanma-gözləmə müddəti azalacaq”, - deyə Məhəmməd İslamı sonda qeyd edib) (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər