Xəbər lenti
İranın paytaxtı Tehran şəhərində Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi üzrə memorandum imzalanıb.

Əməkdaşlıq memorandumunu Azərbaycanın Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli imzalayıb.

Memoranduma əsasən, iki ölkənin məhsul tranziti ildə 2 milyon ton artacaq.
Hər iki tərəf memorandum çərçivəsində dəmiryol əməkdaşlıqlarının inkişaf etdirilməsi üzrə razılığa gəliblər.

Qeyd edək ki, ötən ildə koronavirus pandemiyasının yayılmasına baxmayaraq, iki ölkə arasında dəmiryol vasitəsi ilə məhsul tranziti 480 min tondan çox olub.
//virtualaz.org/


Ana səhifəyə qayıt        Baxış: 2 551          Tarix: 18-01-2021, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma