Xəbər lenti

 

Son günlər yol-nəqliyyat hadisələri ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Qəzaların artmasının səbəbi nədir?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, piyadavurma faktlarının sayı digər hadisələrə nisbətən artıb:

“Çox ciddi narahatlıq hissi doğurur. Təbii ki, təyin olunmayan yerlərdən keçən piyadaların avtombil sürücüləri tərəfindən vurulmasına qarşı çox ciddi tədbirlər görülür. Eyni zamanda, təbliğat da aparılır. Hesab edirəm ki, ərazidə polis əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, hər bir piyada və sürücü öz hərəkətləri ilə başqalarına nümunə olmalıdır. Öz təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Son yol-qəza hadisəsi zamanı idmançı xanımın vurulması təəssüf hissi yaratdı. Təbii ki, hadisənin baş verməsinə səbəb olan sürücü artıq həbs edilib. Bununla əlaqədar cinayət işi qaldırılıb. Hər halda, həmin ərazidən keçən sürücülərin sürət həddini aşması, səhlənkarlığı yol-nəqliyyat hadisəsinin dərəcəsini artırır. Hesab edirəm ki, təbliğat işi gücləndirliməlidir”.  

Nigar Camal Bakı Yol Polisi ilə birgə layihələr həyatakeçirəcək

Xəyalə Məmmədova / METBUAT.AZ




Ana səhifəyə qayıt        Baxış: 837          Tarix: 30-06-2017, 19:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma