Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Zəngilanı Naxçıvanla birləşdirəcək yolun yaxın 2-3 il ərzində təhvil verilməsi nəzərdə tutulub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Zəngəzur dəhliz yolunun tikintisi sürətlə davam etdirilir:
"Zəngəzur dəhliz yolu ölkə başçısının bizim qarşımızda qoyduğu prioritet məsələlərdən biridir. Artıq bu yöndə işlər aparılır. Ərazidəki tunellər və viadukların tikintisi ilə əlaqədar olaraq, işlərin təxminən 2023-2024-cü illərdə başa çatacağı gözlənilir".
S. Məmmədovun sözlərinə görə, Gəncədən Gürcüstan sərhədinə qədər olan 131 km-lik yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir:
"Gələn il fevralın sonuna kimi bu yol təhvil veriləcək. Hazırda tikinti işlərinin aparıldığı yollardan biri də Ələt-Astara-İran magistralıdır. Astara şəhərindən İran sərhədinə qədər yolumuz tam hazırdır. Gələn ilin sonuna qədər Astara çayı üzərində körpünün tikintisi və İran tərəfinə 4 zolaqlı avtomobil yolunun çəkilişinin bitməsi gözlənilir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar