Xəbər lenti
Dünən, 19:25

“Caliber” müstəqil jurnalist layihəsinin “YouTube” kanalında növbəti süjet yayımlanıb. Videomaterial ilk dəfə iyulun 10-da yayımlanmış “Beşinci reyx və Qarabağ müharibəsi” silsiləsindən olan sayca ikinci süjetdir. Burada müasir alman kimliyi barədə məlumat verilir, həmçinin almanların Qarabağda törətdiyi ekoloji cinayətlər haqqında danışılır.

“Müasir Almaniya mürəkkəb güzəştlər sistemi üzərində qurulmuş bir təcrübədir, nəinki 1945-ci ilədək mövcud olmuş Almaniyanın davamı... Alman dilində hətta belə bir termin də var – “heşixtemyüde”, yəni “tarixdən yorğunluq”. Orta statistik almanla “vətən”, “vətənpərvərlik”, “millət” kimi anlayışlar barədə söhbət etməyə cəhd etsəniz, sizə kəm baxacaqlar.

Müasir Almaniyada sözün əsl mənasında “kişi” olmaq artıq dəbdə deyil. Yerli alimlərin apardıqları sorğuların nəticələrinə əsasən, 40% alman kişiləri “evdar” olmağı tərcih edir, ev işlərilə məşğul olmağa üstünlük verirlər”, - deyə süjetdə bildirilir.

Daha ətraflı “Caliber”in yeni videomaterialında:



Ana səhifəyə qayıt        Baxış: 3 338          Tarix: 26-07-2021, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma