![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Dünən, 23:00
Dünən, 21:52
Dünən, 17:24
Dünən, 12:56
Dünən, 12:14
Dünən, 11:00
9-02-2025, 23:57
9-02-2025, 22:56
9-02-2025, 21:08
9-02-2025, 20:15
9-02-2025, 20:00
9-02-2025, 18:20
9-02-2025, 17:53
9-02-2025, 16:30
9-02-2025, 15:13
9-02-2025, 14:46
![](/uploads/posts/2021-08/1628687716_qarty.jpg)
La Otra Cara, Kolumbiya
11.08.2021
Müəllif: Roberto Trobaxo Hernandez
Var olmaq zənginlik və ya bilik deyil, var olmaq ruhun gücüdür. Yalnız bu halda azərbaycanlılar kimi, küllərindən doğula bilərsən. Əgər ruhunuz güclü deyilsə, nifrət və qəzəb sizə sağalmaz yaralar vuracaq.
Erməni qoşunları Azərbaycan ərazilərini 30 il işğalda saxlayıb və bu müddətdə həmin ərazilərdə hər şey demək olar ki, yox olub! Ermənilər bunu alçaqcasına, hər tərəfi yandırmaqla edib. Bu, həyatı, irsi sarsıdan qaranlıq ideologiyanın nəticəsi idi…
Cəbrayılda bir təpədə talan edilmiş qəbiristanlıq var. Burada yaşı bir əsrdən çox olan məzar daşları dağıdılıb, kəllə sümükləri ətrafa səpələnib. Bəlkə də inanmayacaqsınız, amma bu, həqiqətdir: erməni əsgərlər məzarları qazaraq, meyitlərin qızıl dişlərini söküblər.
Qəbiristanlıqdan bir neçə metr sonra divarlarını ot basmış evlər başlayır. Burada bir vaxtlar dinc əhali yaşayıb. Mən dərinliyə gedə bilmirəm, çünki hər yerə mina basdırılıb.
Gördüyüm mənzərə sanki həyat eşqimi söndürür: yanımdakı polis bir vaxtlar nənəsi ilə birgə yaşadığı evinin yerini göstərir. Bu cəsarətli azərbaycanlı çox təmkinlidir. Gələcəyə ümidlə baxır. Gələcək nəslə sülhü qaytarmaq inancı çox güclüdür. Biz bu hisslərlə qucaqlaşırıq…
Çıxarkən yolumu vaxtilə işğalçıların qurutduğu, amma bu gün yenidən çağlayan “Dostluq” bulağından salıram, doyunca su içirəm.
Bulağın divarında hələ yarım əsr əvvəl yaradılmış freskada hələ də güclə görülə bilən mənzərəli fiqurlar var. Görəsən onlar bu şəkilləri niyə dağıdıblar? Azərbaycan sənətinin böyüklüyünə həsədlə, yoxsa qorxu ilə baxdıqları üçün? Bu gün bulaq bərpa olunur, artıq su var və bu sərin su Azərbaycana səyahətimi davam etdirməm üçün mənə enerji verir.
Möhtəşəm dağların arasında, ən yüksəkdə Azərbaycan mədəniyyətinin qəlbi, azərbaycanlıların çox sevdiyi əfsanəvi şəhər olan Şuşa yerləşir. Yoldaşlarımın duyğuları sanki partlayır. Təxminən otuz il ərzində dağıdılıb məhv edilmiş mədəniyyət qalası Şuşanı görmək, nəfəsini duymaq məni məst edir.
Hazırda şəhər sürətlə bərpa olunaraq, əvvəlkindən də gözəl hala gətirilir. Məscidlər, möhtəşəm binalar bərpa olunur, yaşıllıqlar salınır, heykəllər, o cümlədən üzərində güllə izləri olan Natavanın heykəli bərpa olunaraq əvvəlki yerlərinə qaytarılır. Bu abidələri güllələyən, nifrət saçanlara rəğmən, Qazançı Pravoslav Kilsəsi və Cıdır düzünə baxan məşhur Şuşa qalası kimi ecazkar abidələri görürəm.
İşğalçılar üçün hər zaman əlçatmaz olmuş Şuşa sıldırım qayaya, yüzlərlə metr yüksəkliyə kürəyində yaralı yoldaşları ilə dırmanmış Azərbaycan xüsusi təyinatlılarının və igid əsgərlərinin cəsarəti sayəsində azad edilib…
Qədim Şuşa tezliklə mənəviyyata önəm verənlər, bu cür mədəni zənginliyə tamaşa etmək istəyənlər, Qafqazın ən gözəl titrəyişlərini görmək, hiss etmək arzusunda olanlar üçün ziyarət edilməli şəhərlərdən birinə çevriləcək.
Atom bombaları ilə dağıdılmış Yaponiya şəhərləri insanlığı necə incidirsə, “Qafqazın Hiroşiması” adlandırılan, tamamilə dağıdılmış, talan edilmiş Azərbaycan şəhəri Ağdamda (işğalçılar buradan santexnika borularını belə, oğurlayıblar) ermənilər ağacları kəsib, köklərini yandırıblar ki, burada bir daha insan yaşamasın. Təxminən iki əsrlik sarayı, dünyada ilklərdən sayılan Çörək Muzeyini, Dram Teatrının binasını məhv ediblər, məscidlərdə heyvan saxlayıblar.
Mənası “ağ dam” olan şəhərə bu adı bəyaz qayalarına görə veriblər. İnsanlar burada həmin qayalardan evlər tikib. Amma bu gün şəhərdə yalnız gözətçi qülləsi kimi istifadə olunmuş məscid qalır. Vaxilə “Qarabağ” futbol klubuna (bu klub “Atletiko Madrid”lə heç-heçə oynamışdı) məxsus olmuş şəhər stadionu ot basmış, dağıdılmış tribunaları olan xarabaya çevrilib.
Ağdam minalarla doludur. Onlar buraya sabotaj məqsədi ilə basdırılıb ki, azərbaycan xalqı yenidən bu torpaqlarda yaşaya bilməsin. Ərazinin minalardan təmizlənməsi davam edir. Ağdam yaxın vaxtlarda çox müasir, ölkənin və ümumilikdə Qafqazın ən gözəl “ağıllı” şəhərlərindən birinə çevriləcək. Hazırda bu istiqamətdə çox intizamlı iş aparılır, iddialı yenidənqurma layihəsi həyata keçirilir.
Azərbaycana səfərim zamanı mən orada nifrətin yaratdığı cəhənnəmin yerdəki təzahürünü gördüm. Lakin azərbaycanlıları tanıdıqda əmin oldum ki, onların iradəsi, ruhu və əzmi ilə buralar əvvəlkindən də gözəl olacaq.
(İspan dilindən tərcümə - WorldMedia.Az)
![](/uploads/posts/2021-08/1628687788_qara1.jpg)
![](/uploads/posts/2021-08/1628687847_qara2.jpg)
![](/uploads/posts/2021-08/1628687822_qara3.jpg)
Mənbə: La Otra Cara
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər