Xəbər lenti
Dünən, 23:00
Dünən, 17:52
Dünən, 15:34
Dünən, 14:44
Dünən, 13:25
Dünən, 09:18
29-01-2025, 23:30
29-01-2025, 22:35
29-01-2025, 22:00
29-01-2025, 20:15
29-01-2025, 20:00
29-01-2025, 18:50
29-01-2025, 17:29
29-01-2025, 16:46
29-01-2025, 15:56
El Boletin, İspaniya 21.08.2021 Eduard Quaylupo Ronkal Logistik əlaqələrin bərpası istiqamətindəki ilk addım yolların və avtomagistralların yenidən qurulmasıdır. Doğma torpaqlarını – Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu erməni işğalından azad etmiş Azərbaycan Respublikası genişmiqyaslı bərpa layihələrinə başlayıb. Bu böldəgə dağıntıların miqyası iqtisadi dirçəliş prosesini xeyli uzadır. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan azad edilmiş əraziləri yüksək texnologiyalar zonasına çevirmək üçün ciddi işlər görür. Vətən Müharibəsi nəticəsində azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafı planı tərtib edilib. Onun icrası üçün Koordinasiya Şurası və müxtəlif sahələrdə 17 işçi qrup yaradılıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illərdə yenidən qurulması və davamlı inkişafı üzrə Dövlət Proqramı çərçivəsində bu il üçün 1,3 milyard dollara qədər vəsait ayrılıb. Bu vəsait infrastrukturun qurulmasına, vətəndaşların dövlət xidmətlərindən istifadə imkanlarının təmininə sərf olunacaq. Növbəti mərhələdə özəl və xarici investisiyalara üstünlük veriləcək. İnvestorlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Dünya Bankı da var. Logistik əlaqələrin yenidən qurulmasında ilk addım yolların və avtomagistralların inşasıdır. Layihələr arasında Tərtər şəhərini Suqovuşan və Talış kəndləri ilə birləşdirən yolların tikintisi; Əhmədbəyli-Füzuli-Şuşa və Toganəli-Kəlbəcər avtomobil yollarının inşası da var. Azad edilmiş ərazilərdə üç hava limanının tikintisi də planlaşdırılır. Onlardan birincisi təməli yanvarın 14-də qoyulmuş Füzuli Beynəlxalq Hava Limanıdır. Onun 2800 metrlik uçuş-enmə zolağı bu il istifadəyə veriləcək. Füzuli Beynəlxalq Hava Limanı ona bağlı Füzuli-Şuşa magistralı boyu azad edilmiş ərazilərə, xüsusən Şuşa şəhərinə səyahəti asanlaşdıracaq. Laçın və Zəngilanda da hava limanlarının inşası planlaşdırılır. Azad edilmiş ərazilərlə bağlı daha bir hədəf “yaşıl enerji” zonasının yaradılmasıdır. Bölgənin enerji təhlükəsizliyinin məhz buy olla təmin edilməsi nəzərdə tutulur. Ərazilərin 4000 MVt-dan çox günəş və 500 MVt-dək külək enerjisi potensialına malik olduğu bildirilir. Odur ki, bölgədə bərpa olunan enerji mənbələrinə üstünlük veriləcək. “Yaşıl enerji” zonasının yaradılması prosesinə də artıq başlanılıb – Azərbaycan Energetika Nazirliyi beynəlxalq maliyyə qurumları və ayrı-ayrı şirkətlərlə görüşlər keçirib, bərpa olunan enerji mənbələri üzrə hərracların təşkili, prosesə özəl investisiyaların cəlbi məsələlərini müzakirə edib. Bu bölgədə həyata keçiriləcək şəhərsalma prosesində yüksək texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriləcək. Azad edilmiş ərazilərdə şəhərlər dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunmaqla, “ağıllı şəhər” anlayışı əsasında qurulacaq. “Ağıllı şəhər”lərdə bələdiyyə orqanları ilə vətəndaşlar arasında səmərəli qarşılıqlı əlaqə yaradılacaq ki, bu da dövlət xidmətlərinin yüksək keyfiyyətini və vətəndaşların rifahını təmin edəcək. İlk “ağıllı kənd” Zəngilanın Agalı kəndi olacaq. Bu layihə çərçivəsində müstəsna olaraq bərpa olunan enerji ilə 200 evin tikilməsi planlaşdırılır. Bu layihələrin icrasında məqsəd Azərbaycanın azad edilmiş rayonlarını bölgənin ən inkişaf etmiş məkanlarından birinə çevirməkdir. “Yaşıl enerji” zonası və “ağıllı kənd”lərin yaradılması ilə davamlı iqtisadi inkişaf üçün əhəmiyyətli imkanlar əldə olunacaq. Logistika əlaqələrinin bərpası və işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisinin ticarət əlaqələrinin inkişafına töhfə verəcəyi, turizm imkanlarından tam istifadə etməsi üçün əlverişli mühit formalaşdıracağı gözlənilir. (İspan dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər