Xəbər lenti

 

Eşq elə bir hissdir ki, nə zaman, harada və kimin başına gələcəyini bilmək olmur. İnsanın həm zahirən, həm də daxilən özünə layiq birinə aşiq olması isə, böyük xoşbəxtlikdir.

Ovqat.com dünyanın ən hündürboy ailəsinin faciəvi taleyindən bəhs edən yazını təqdim edir:

Ən qəribə cütlüyün tanışlığı Kanadada baş tutur. Anna və Martenin hər ikisinin boyu 2 m 40 sm olub. Hətta deyilənə görə, Annanın boyu sevgilisindən hündür imiş. Lakin həyat yoldaşının ondan uca olması ilə barışa bilməyən Martin Annanın boyunun 2 m 20 sm olduğunu iddia edirdi.

Anna Haynin Svon 1846-cı ildə Kanadada 13 uşaqlı ailədə dünyaya gəlib. Ailənin 3-cü övladı olan Annanın digər bacı və qardaşları adi boya malik olublar. O, isə hələ 15 yaşında ikən 210 sm boyu və 100 kq çəkisi ilə ətafdakıların təəccübünə səbəb olurdu.17 yaşlı Annanın boyu artıq 2 metr 30 sm-ə çatırdı.

Martin van Büren Beyts isə 1837-ci ildə Kentukki ştatında anadan olmuşdu. O, 6 yaşadək digər uşaqlar kimi adi boyda idi. Lakin birdən-birə sürətlə uzanmağa başladı. Çoxları Martinin boyunun 241 sm olduğunu iddia etsələr də, Ginnesin rekordları kitabında 232 sm kimi qeydə alınıb. Dünyanın ən nəhəng kişisi Martinin çəkisi isə 176 kq olub.
Şəhər məktəblərinin birində müəllim kimi çalışan Martin Vətəndaş müharibəsi zamanı döyüşə yollanır. Burada o, kapitan rütbəsi alır. Hərbi hissədə nəhəng adam haqda əfsanələr səngimək bilmirdi. Döyüş yoldaşları onun 50 nəfərin gücünə sahib olduğunu deyirdilər.

Müharibə bitəndən sonra Martin geri dönərək, daha çox gəlir gətirdiyi üçün sirk tuppasına işə düzəlir. Həmin dövrdə Anna ədəbiyyat və musiqi təhsili almış ziyalı gənc xanım idi. Əhvalata görə, bir gün Anna Barnum muzeyində baş verən yanğında xəsarət alır. Nəhəng xanımı muzeydən çıxartmağa düz 18 nəfər cəlb olunur.

Martinin işlədiyi sirk truppası tez-tez qastrol səfərlərində olurdu. Elə onların tanışlığı da Martinin Anna yaşayan şəhərə səfəri zamanı baş tutmuşdu. O vaxt Annanın 25, Martinin isə 34 yaşı vardı. Bir-birinə ilk baxşıda aşıq olan cütlük tezliklə evlənib özlərinə, adlarına layiq geniş ev alırlar.

Martinlə Annanın ilk körpəsi doğulandan bir neçə saat sonra dünyasını dəyişir. 7 ildən sonra bir daha hamilə qalır. Annanın doğumu 36 saat davam edir. O, bəşər tarixinin ən böyük körpəsini dünyaya gətirir. Yenidoğulmuş körpənin çəkisi 10 kq, boyu isə 76 sm olur. Uşağın pəncəsinin ölçüsü 15 sm-ə çatırdı. Cəmi 11 saat yaşayan körpənin ölümü valideynlərini yasa qərq edir. Annaya dünyanın ən nəhəng körpəsini dünyaya gətirdiyi üçün tərifnamə verib, adını Ginnesin rekordları kitabına salırlar. Lakin, bu addım matəmdə olan ananın acısını səngitmir.

Nəhəng cütlük bundan sonra övlad dünyaya gətirməkdən imtina edir. Anna isə 1888-ci ildə 42 yaşında ürək tutmasından vəfat edir. O, gecə yatıb, səhər oyanmır. Sevimli həyat yoldaşının ölümü Martini çox üzür. Annanın ölümündən sonra evini satıb başqa şəhərə köçür. 17 ildən sonra isə o adi boya malik bir qadınla ailə qurur. Martin 1919-cu ildə 82 yaşında gözlərini dünyaya əbədi yumur. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 1 089          Tarix: 7-07-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma