Xəbər lenti

Ermənistan ordusunun əsgəri güllə yarası aldığı üçün hospitala yerləşdirilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə Göyçə mahalı istiqamətində baş verib.

Erməni əsgərin durumunun orta ağır olduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, sərhəddəki atışmalar zamanı 3 erməni hərbçisi yaralanıb.

Son məlumatlara görə, hazırda atışma pulemyot və iriçaplı silahlardan davam edir.

Qeyd edək ki, bu gün hərbçimiz həmin istiqamətdə erməni təxribatı nəticəsində şəhid olub.


Ana səhifəyə qayıt        Baxış: 3 438          Tarix: 11-01-2022, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma